Belçika: "manqal vergisi" - QƏRİBƏ VERGİLƏR | Banco.az

Belçika: "manqal vergisi" - QƏRİBƏ VERGİLƏR

3,5 milyon sakini olan Valloniya şəhərinin yerli hökuməti 2007-ci ildə qlobal istiləşməyə qarşı mübarizə məqsədilə manqalda hazırlanan yeməklər üçün vergi qoymağı qərara alıb. Belə hesab edilir ki, manqalda yemək hazırlanarkən atmosferə 50-100 qram istixana qazı atılır. Ona görə də Belçikada bu regionun hər bir sakini öz həyətində manqal qalamazdan əvvəl 20 avro ödəniş etməlidir. Valloniya hakimiyyəti tərəfindən bu qanuna riayət olunması üçün ciddi yoxlamalar aparılır. Yoxlamalar zamanı hətta xüsusi kameralarla təchiz edilmiş vertolyotlardan da istifadə olunur. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et