Müəllif: Tamara Mustafayeva, Banco.az
Belçika hökuməti ölkə banklarına faiz dərəcələri üzrə xəbərdarlıq yayımlayıb.
Banco.az xəbər verir ki, Belçika höküməti ölkədə fəaliyyət göstərən bankların əmanət faizlərini artırmaması halında vəziyyətə müdaxilə olunacağı ilə bağlı xəbərdarlıq edib.
Baş nazir Aleksandr DeKroo radio kanallarından birinə müsahibəsində ölkədəki bankların tətbiq etdiyi aşağı faizlərlə bağlı qiymətləndirmələr aparıb.
Nazir Belçika banklarının əmanət hesablarından tutduqları faizləri artırmaması halında federal hökumətin müdaxilə edəcəyini bildirib.
“Mən azad bazara inanıram, amma azad bazar işləməsə, müdaxilə etmək lazımdır” - o deyib.
Xatırladaq ki, Avropa Mərkəzi Bankı (ECB) 2022-ci ilin iyul ayından etibarən hiperinflyasiya ilə mübarizə çərçivəsində uçot dərəcəsini ardıcıl olaraq 7 dəfə artırmaqla ümumilikdə 375 baza bəndi artım həyata keçirib.
Bizi sosial şəbəkələrdən izləyin!!