Müəllif - Aida İsaq, Banco.az
Belarus “Drujba” kəməri ilə neft nəqlinin qiymətinin bahalaşmasına aydınlıq gətirib.
Banco.az xəbər verir ki, məlumata görə, tranzit həcmlərinin kəskin şəkildə aşağı düşməsi, eyni zamanda xərclərin artması fonunda ölkə müvafiq addımı atmalı olub. Buraya Polşa və Almaniya üçün istifadə olunan kəmərin şimal qolu daxildir. Xatırladaq ki, Almaniya ümumiyyətlə Rusiya neftindən imtina edib.
Qeyd edək ki, hazırda kəmərin bu qolundan Qazaxıstandan neftin tranziti üçün istifadə olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!