Belarus Milli Bankı uçot dərəcəsini endirib | Banco.az

Belarus Milli Bankı uçot dərəcəsini endirib

Belarus Milli Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 13%-dən 12%-ə qədər azaldıb. 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bununla yanaşı, bankların likvidliyini təmin etmək məqsədi ilə aparılan ikitərəfli və daim açıq kreditlər üzrə faiz dərəcəsi 15%-dən 14%-ə endirilib.

Bankdan verilən məlumatda bildirilib ki, uçot dərəcəsinin azaldılmasına səbəb illik inflyasiyanın iyulun 1-nə 6,2% proqnozlaşdırılması göstərilib. Həmçinin qeyd olunub ki, uçot dərəcəsinin azaldıması pul təklifində yumşaq artım, tədiyyə balansının tarazlanması və valyuta bazarının dayanıqlılığı ilə dəstəklənib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Belarus Milli Bankı bu il artıq 6-cı dəfədir uçot dərəcəsini azaldır. İlin əvvəlində uçot dərəcəsi 18%-ə bərabər olub.

Mənbə:report.az

Ən sərfəli krediti almaq üçün müraciət et