Belarus xarici borclarını milli valyuta ilə ödəyəcək | Banco.az

Belarus xarici borclarını milli valyuta ilə ödəyəcək

Müəllif - Aida İsaq, Banco.az

Belarus milli bankı əvvəllər Amerika əmtəə kredit korporasiyasından alınmış borcların qaytarılmasının yeni formatını açıqlayıb.

Banco.az xəbər verir ki, ölkənin hakimiyyət orqanları bu borcu Belarus rublu ilə ödəməyə qərar verib. Avropa Yenidənqurma və İnkişaf Bankı, Nordik İnvestisiya Bankı və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı bu kimi kreditlər üzrə ödənişləri milli valyuta ilə həyata keçirir. Ölkə iyun ayında xarici borcunu milli valyutada ödəmək niyyətində olduğunu açıqlayıb. Bundan sonra Moody's beynəlxalq reytinq agentliyi respublikanın "Belarus-2027" avroistiqrazları üzrə defolt elan edib.

Qeyd edək ki, daha öncə Rusiya hakimiyyəti avroistiqrazlar üçün bu ödəniş formasına keçib. 2022-ci il iyunun 22-də prezident Vladimir Putin dövlət borclarının ödənməsi ilə bağlı yeni fərman imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram