Belarus 35 Avropa ölkəsi üçün vizasız rejim tətbiq edir | Banco.az

Belarus 35 Avropa ölkəsi üçün vizasız rejim tətbiq edir

Müəllif:Ayşən İmanova/Banco.az

Belarus iyulun 19-dan daha 35 Avropa ölkəsinin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ölkəmizin açıqlığını və sülhsevərliyini, mehriban qonşuluq prinsiplərinə sadiqliyini daha da nümayiş etdirmək, o cümlədən insanlar arasında təmasları sadələşdirmək və hərəkət azadlığını yaxşılaşdırmaq məqsədilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Xarici İşlər Nazirliyinin və digər dövlət orqanlarının Avropanın 35 ölkəsinin vətəndaşları üçün əlavə olaraq bütün avtomobil və dəmir yolu keçid məntəqələri vasitəsilə Belarus Respublikasına müvəqqəti vizasız giriş, çıxış və orada qalma prosedurunun müəyyən edilməsini təklif edib. Texniki cəhətdən bu prosedur 19 iyul 2024-cü il saat 08:00-dan qüvvəyə minəcək”, - məlumatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, yeni sərəncam 2024-cü il dekabrın 31-dək qüvvədə olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et