BƏƏ və Misir arasında 10 milyard dollarlıq enerji razılığı əldə olunub | Banco.az

BƏƏ və Misir arasında 10 milyard dollarlıq enerji razılığı əldə olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

BƏƏ və Misir arasında 10 milyard dollarlıq enerji razılaşması əldə olunub.

Banco.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bərpa olunan enerji şirkəti “Masdar”ın Misirdə dəyəri 10 milyard dollardan çox olan külək enerjisi layihəsi üçün Qahirə administrasiyası ilə razılaşma əldə etdiyi açıqlanıb.

Bu barədə BƏƏ-nin rəsmi xəbər agentliyi məlumat yayıb.

Razılaşma Misirin paytaxtı Qahirədə baş nazir Mustafa Medbuli və BƏƏ-nin sənaye və texnologiya naziri Sultan Əhməd əl-Cabirin iştirak etdiyi imzalanma mərasimində açıqlanıb. Həmçinin bildirilib ki, razılaşma çərçivəsində Yeni və Yenilənəbilən Enerji Təşkilatı 10 gigavat gücündə külək enerjisi layihəsi üçün sahə ayıracaq.

Qeyd edilib ki, sözügedən layihə Misirin 2030-cu ildən sonra quraşdırılmış enerjinin 42 faizini bərpa olunan enerjidən əldə etmək hədəfinin reallaşmasına töhfə verəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram