Müəllif:Mehin Qasımova/Banco.az
BƏƏ-nin iri bankları Moskva ilə hesablaşmaları məhdudlaşdırıb.
Banco.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin iri bankları ikinci dərəcəli sanksiyalar riski fonunda Rusiyadan olan müştərilərlə işi məhdudlaşdırmağa başlayıblar.
Qeyd olunur ki, maliyyə istitutları Moskva ilə hesablaşmaları dayandırıb , ruslara ödənişləri qəbul etməyi və göndərməyi qadağan edib. Rusiya vətəndaşlarına məxsus şirkətlər də məhdudiyyətlərə məruz qalır.
Məlumata görə,Rusiya şirkətlərinin hesab açmaq imkanı praktiki olaraq yoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!