BƏƏ-nin Azərbaycana birbaşa investisiya qoyuluşu 5 dəfədən çox artıb | Banco.az

BƏƏ-nin Azərbaycana birbaşa investisiya qoyuluşu 5 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 356 milyon 307 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə və ya 288 milyon 867 min dollar çoxdur. 

Hesabat dövründə BƏƏ Azərbaycana ən çox investisiya yatıran 4-cü ölkə olub. 

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 67,4 milyon dollar təşkil edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram