BƏƏ Azərbaycanda ilk böyük qlobal qaz müqaviləsinə imza atıb | Banco.az

BƏƏ Azərbaycanda ilk böyük qlobal qaz müqaviləsinə imza atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft nəhəngi “Adnoc” şirkəti Azərbaycanda ilk böyük qlobal qaz müqaviləsinə imza atıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft istehsalçısı olan “Adnoc” şirkəti ölkəmizdəki qaz yataqlarından birində pay almaqla şirkətin ilk böyük beynəlxalq karbohidrogen səhm alışını həyata keçirib.

Bu barədə “Abu Dhabi National Oil Co.” tərəfindən açıqlama verilib.

Açıqlamada qeyd olunur ki, Xəzər dənizindəki “Abşeron” qaz yatağında 30 faizlik payın alınmasına dair tərəflər arasında razılıq əldə olunub. Azərbaycanın dövlət neft şirkəti “Socar” və fransız tərəfdaşı “TotalEnergies SA” müqavilə çərçivəsində hər biri layihənin 15 faizlik səhmlərini “Adnoc” şirkətinə satacaq. 

Qeyd edək ki, müqavilənin maliyyə şərtləri isə açıqlanmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram