BƏƏ Asiya və ABŞ üçün neftin ixrac qiymətlərini qaldıracaq | Banco.az

BƏƏ Asiya və ABŞ üçün neftin ixrac qiymətlərini qaldıracaq

Səudiyyə Ərəbistanının ardından BƏƏ-nin milli şirkəti ADNOC da fevral ayında neftin ixrac qiymətlərini artıracaq.

Bu barədə Rusiyanın Neft-Qaz İnformasiyası Agentliyinə (angi) istinadən xəbər verilir.

Şirkət “Murban” marklı nefti üçün 0,75 dollar/barel qiymət təyin edib ki, bu da yanvar ayındakından 0,25 dollar/barel artıqdır.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı fevralda Asiya və ABŞ istehlakçıları üçün ixrac qiymətlərini artırmaq qərarını açıqlayıb. Krallıq bu bölgələrə tədarük olunan bütün növ neftlərin qiymətlərini qaldırmağa qərar verib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram