BƏƏ Almaniyada 40 milyard avro investisiya planlaşdırır | Banco.az

BƏƏ Almaniyada 40 milyard avro investisiya planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

BƏƏ Almaniyada 40 milyard avro investisiya planlaşdırır.

Banco.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Almaniyada sənaye, qabaqcıl texnologiya, süni intellekt, rəqəmsal infrastruktur və enerji başda olmaqla müxtəlif sektorlara 40 milyard avro investisiya qoymağı planlaşdırdığını açıqlayıb.

BƏƏ-nin rəsmi xəbər agentliyi "WAM"ın xəbərinə görə, investisiya planı ilə iki ölkə arasındakı uzunmüddətli iqtisadi tərəfdaşlığın gücləndirilməsi və tərəflər üçün prioritet olan strateji sektorlarda əməkdaşlığın artırılması hədəflənir.

Plan BƏƏ Dövlət Başçısı Məhəmməd bin Zayid Al Nahyanın Almaniyaya həyata keçirdiyi dövlət səfəri çərçivəsində açıqlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram