Bədbəxt Hadisələrdən Sığorta - “Qala Sığorta” | Banco.az

Bədbəxt Hadisələrdən Sığorta - “Qala Sığorta”

İnsan ömrü elə bir məcrada axın edir ki, gün ərzində baş vermiş hadisələr onun həyat aynasında öz əksini tapır. Bəzən bu hadisələr xoşbəxt, yaddaqalan olmaqla kifayətlənmir. Bütün sevincli anların bərabərində xoşagəlməyən, gözlənilməz hadisələrin olması faktı qaçılmazdır. Şübhəsiz ki, insan, həyatında baş verəcək bütün hadisələrə özünü hazır hiss etməli və bu hadisərdən ən doğru çıxış yolunu bilməlidir.

Həyatın və sağlamlığın “Bədbəxt hadisələrdən sığorta” məhsulu məhz gözlənilməz hadisələr üçün nəzərdə tutulmuş və bu hadisələr qarşısında aciz qalmamaq üçün hazırlanmışdır.

Ümumilikdə, “Bədbəxt Hadisələrdən sığorta” məhsulu ən sərfəli sığorta məhsulları sırasındadır və sığorta müqaviləsi qüvvəyə mindiyi andan etibarən sığorta müddəti ərzində dünyanın istənilən yerini və günün 24 saatını əhatə edərək bədbəxt hadisələrə qalxan qaldırmaqda ən düzgün sipərdir.

Bu sığorta məhsulunun üstünlükləri ondan ibarətdir ki, müştəri öz seçiminə uyğun olaraq həm bədbəxt hadisələrdən, həm də istənilən növ xəstəliklərdən sığortalana bilər.
Həmçinin, digər könüllü sığorta məhsulları kimi bu məhsul günün 24 saatı və dünyanın istənilən yeri üçün keçərlidir.

Ən sərfəli kredit üçün müraciət et

Tariflər:

Bu məhsulun 2 növü var - bədbəxt hadisələrdən baş verən ölüm halından və 1-ci qrup əlilliyə görə, digəri isə istənilən ölüm halından və 1-ci qrup əlilliyə görə sığortadır. Birinci növ üçün illik sığorta haqqı 20 manat, digərində isə təxminən 50 manat cıvarındadır. Bu, 10 min manatlıq təminatı əhatə edir. Müştərinin istəyindən olaraq, daha böyük təminatla sığortalanmaq mümkündür.

İstisnalar:
intihar halları, alkoqollu içkidən, narkotikin təsirindən baş verən ölüm halları.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et