BEA gündəlik neft tələbi proqnozunu artırıb | Banco.az

BEA gündəlik neft tələbi proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Enerji Agentliyi (BEA) neft tələbi proqnozunu gündəlik 200 min barel artırıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (BEA) Çin iqtisadiyyatının gözləniləndən daha sürətli bərpası ilə bu il üçün qlobal neft tələbi proqnozunu gündəlik 200 min barel artırmağa qərar verib.

Agentliyin bu gün açıqladığı aylıq neft bazarı hesabatına görə, il ərzində qlobal neft tələbinin ötən ilə nəzərən gündəlik 2 milyon 200 min barel artaraq 102 milyon barelə çatacağı proqnozlaşdırılır.

Tələbatın OECD regionunda əvvəlki illə müqayisədə 349 min barel artaraq sutkada 46 milyon 300 min barel, qeyri-OECD ölkələrində isə 1 milyon 860 min barel artımla gündəlik 55 milyon 710 min barel olacağı hesablanır. 

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda həmçinin qeyd olunub ki, gündəlik qlobal neft hasilatı əvvəlki aya nəzərən 230 min barel azalaraq təxminən 101 milyon 100 min barel olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et