BDU-nun tələbələri kapital bazarını daha yaxşı öyrənə biləcək | Banco.az

BDU-nun tələbələri kapital bazarını daha yaxşı öyrənə biləcək

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Bakı Dövlət Universiteti (BDU) arasında müştərək layihələrin planlaşdırılması, elmi-praktik konfransların və seminarların təşkil edilməsini nəzərdə tutan birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.

Bu barədə QKDK-nın məlumatında xəbər verilir. 

Tədbirdə çıxış edən çıxış edən QKDK-nın sədri Rüfət Aslanlı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi elm və təhsilə göstərilən qayğının ardıcıl davam etdirildiyini, elmi-texniki potensialın qorunub saxlanılması, yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, həmçinin, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində davamlı addımların atıldığını diqqətə çatdırmışdır.

Ən sərfəli kredit üçün müraciət et

R.Aslanlı kapital bazarlarının tədrisi sahəsində QKDK-nın BDU ilə tərəfdaşlığının tələbələrin bilik, bacarıq və potensialının artırılmasına yardım edəcəyinə, komitənin nəzdində yaradılmış Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən təşkil olunacaq təlimlərin gənc maliyyəçilərin bazar haqqında biliklərinin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə etmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et