BBC Earth-dən yaşam həvəsimizi artıracaq 5 maraqlı video! | Banco.az

BBC Earth-dən yaşam həvəsimizi artıracaq 5 maraqlı video!

BBC Earth heyvanların yaşayışını, həyatda qalma mübarizəsini göstərən bir telekomunikasiya kanalıdır. Bu kanalda, elə videolar var ki, baxdıqca insan daha çox həyat mübarizəsi ilə dolur, yaşamaq üçün daha çox səbəbin olduğunu başa düşür.  Sırf motivasiya almaq üçün yox, dünyada olan müxtəlif heyvan növlərinin öz bacarıqlarını necə istifadə edərək uğura nail olduğunu görə bilərik. Əgər bunu o heyvanlar edirsə, biz niyə edə bilməyək? Axı biz dünyada ən ali varlıqlarıq.

1) Kung Fu Dəvədəlləyisi və Sıçrayan Hörümçək

Dəvədəlləyi belə olsan, heç vaxt qarşındakı hörümçəkdən qorxmamalısan. O səndən güclü ola bilər, amma sənin də ondan üstün olduğun bacarıqları var. 

2) Dronqo quşunun Surikatlara tələsi

Dronqa yem axtaran, öz ağlından istifadə edərək Surikatlara tələ qurub onların yeməyini əlindən alan bir çöl quşudur. O çox ağıllıdır, nəyi necə əldə etməyi çox yaxşı bilir.

Ən sərfəli kredit üçün müraciət et

3) Çaqqal Qarda yem əldə edir.

Soyuq iqlimdə yaşayan çaqqallar üçün qida tapmaq çox çətin olur. Bu videoda siz onların bunu etmək üçün necə zəhmət çəkdiklərini görəcəksiniz.

4) Qurd sürüsü vəhşi dovşanları ovlayır.

Vəhşi dovşan qurd sürüsü üçün ən yaxşı qidadır. Öz balalarını aclıqdan qurtarmaq üçün qurd dovşanı ovlamalıdır. Amma dovşan da xilas olmaq üçün öz məharətini göstərəcək.

5) Morj və Qütb ayısı

Ümumiyyətlə cəmiyyətdə heyvanlar ovlayan və ovlanan olmaqla iki yerə ayrılır. Hər canlı həm ovlayır, həm də ovlanır. Məsələ budur ki, onları birləşdirən tək dəyər qidadır, insanları uğurun, xoşbəxtliyin birləşdirdiyi kimi. 

Ən sərfəli krediti almaq üçün müraciət et