“Bazel III” standartlarına dair seminar | Banco.az

“Bazel III” standartlarına dair seminar

Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzində “Bilik mübadiləsi” layihəsi çərçivəsində kommersiya banklarının əməkdaşları üçün “Bazel III” standartlarına dair seminar keçirilmişdir.

Seminarın keçirilməsində məqsəd bankların risklərin idarəedilməsi departamentlərində çalışan əməkdaşlarını Bazel III-də olan yeniliklərin nəzəri və praktiki əsasları barədə məlumatlandırmaq olmuşdur.

Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin və Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin əməkdaşları seminar zamanı interaktiv mühit yaratmış və iştirakçılara Bazel III-ün yaranmasına ehtiyac, Bazel III-də kapitalın tərkib elementləri, kapital adekvatlığı tələbləri, kapital buferləri, likvidlik riski üzrə tələbləri izah etmişlər.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, Azərbaycanda Bazel III-ün tətbiqi sahəsində aparılan işlər barədə məlumat verilmiş və iştirakçıların sulları cavablandırılmışdır. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzinin Resurslar və maarifləndirmə xidməti 2011-2014-cü illər üzrə strateji plana uyğun olaraq, “Bilik mübadiləsi” layihəsi çərçivəsində müxtəlif hədəf qruplar üçün bir sıra tədbirlər həyata keçirir.

Ən sərfəli krediti almaq üçün müraciət et