ABŞ Mərkəzi Bankının (Fed-) növbəti faiz iclası bu həftə baş tutacaq. Son iclasdan bu yana ölkədə məşğulluq və inkişaf trendi güclü qalıb, maaşlar və inflyasiya da artıb.
Fed-in 25 bənd faiz artıracağı gözlənilir və hazırda bu ehtimal qiymətlərdə və məzənnələrdə əks olunub. Ancaq Dekabr ayında faiz artımı olub olmayacağına dair siqnallar və yeni iqtisadi proqnozlar təqib ediləcək.
Bununla yanaşı, bazarlar Fed-in;
-Davam edən ticarət müharibələrinin təsirlərinə toxunub-toxunmayacağını,
-İnkişaf edən bazarlarda son dövrdə artan risklərə diqqət çəkib-çəkməyəcəyini,
-2019-cu ildə faiz artımı sürətinin yavaşlayıb-yavaşlamayacağı məsələlərindəki açıqlamalarını izləyəcəkdir.
Faiz qərarının ardından Fed sədri Jerome Pauell mətbuat konfransında danışacaq.
Fed-in pul siyasəti iclası sabah başlayacaq və faiz qərarı Çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaqdır. Fed-in faizi 2%-dən 2,25%-ə qaldıracağı gözlənilir.
EKSPERT FİKİRLƏRİ
ING İqtisadçılarına görə, "ABŞ-da güclü iqtisadiyyat və artan inflyasiya Fed-i çərşənbə günü faiz artırması üçün motivasiya edəcəkdir".
ING-nin qtisadçısı Ceyms Knightley bu iclasda Fed-dən 25 bənd, Dekabr topalantısında da 25 bənd faiz artımı gözlədiyini, 2019-cu ildə isə cəmi 2 faiz artımı olacağını proqnozlaşdırır.
MORGAN STANLEY
Morqan Stenli (Morgan Stanley) iqtisadçıları, "bu toplantıda veriləcək mesaj - faizin mərhələli artırılmasının davam edəcəyi olacaqdır. Yuxarı və aşağı istiqamətli risklərə də diqqət yetiriləcəkdir" bildiriblər.
marja.az