“Bazardan valyuta almamışıq” | Banco.az

“Bazardan valyuta almamışıq”

“2018-ci ildə Mərkəzi Bankının valyuta ehtiyatlarının 300 milyon dollara yaxın və ya təxminən 5% artması bazardan valyuta alışı ilə bağlı deyil”.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"2018-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 300 milyon dollara yaxın artıb. Bu artımın 115 milyon dolları valyuta ehtiyatlarının idarə edilməsindən, üçdə biri banklara verilən svopların geri qaytarılmasından, qalanı isə Mərkəzi Bankın göstərdiyi xidmətlərdən daxil olub”,- Elman Rüstəmov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Xəbər verdiyimiz kimi, 2017-ci illə müqayisədə 2018-ci ildə  Mərkəzi Bankın valyuta ehtiyatları 287,9 milyon dollar və ya 5,4% artaraq 5 milyard 622.5 milyon dollara çatıb.

marja