Bunu iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə etdiyi açıqlamada bildirib. O, qeyd edib ki,
Respublika Gününə dollara nisbətən 1.4906 məzənnəsi ilə daxil olan manatın kursu ötən müddətdə 1.4964-dək azalıb. Dünən isə manat dollara nisbətən 1.4934-ə təklif edilirdi. Bu isə o deməkdir ki, bu həftə ərzində manat hər gün əvvəlki günə nisbətən dəyər itirib. Dolların dünya bazarında möhkəmlənməsi fonunda Mərkəzi Bankın milli valyutanı uzun müddət gücləndirə bilməyəcəyi bəlli idi. Möhkəm dollar bütün hallarda valyuta bazarımıza təsirsiz ötüşə bilməz.
Doğrudur, Mərkəzi Bank bazarda təklif formalaşdırmaq üçün manatın kursunu müəyyən günlər müəyyən qədər möhkəmləndirmə siyasətini də həyata keçirir. Bununla belə, idxalın artması müşahidə edilməkdədir ki, bu da xarici valyutaya tələbi artırır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin birinci rübündə xarici ticarət dövriyyəsi 3.6 milyard dollar olub. Ticarət dövriyyəsinin 1780,6 milyon dollarını və ya 49,4 faizini ölkədən ixrac olunmuş məhsullar, 1825,9 milyon dollarını isə idxal məhsulları təşkil etmiş, idxalın ixracı üstələməsi nəticəsində 45,3 milyon dollar məbləğində mənfi saldo yaranıb. Xarici ticarətdə mənfi saldo da dollara tələbin artmasına səbəb olur.
Ən sərfəli kredit üçün müraciət et Bankların biznes kreditləşməsini bərpa etməsi də xarici valyutaya tələbi artırır. Digər tərəfdən, FED-in gözlənilən yığıncağı fonunda manata psixoloji təzyiqlərin artacağı proqnozlaşdırılan idi. Bu həftənin məzənnəsinin təhlili göstərir ki, Mərkəzi Ban kursu mövcud dəhliz çərçivəsində qoruyub saxlamağa çalışsa da bazardakı tələb milli valyutamızın mövqelərinə təsir etməkdədir. Bu isə Mərkəzi Bankın məzənnə siyasətinə yeni korrektələri qaçılmaz edir.
Hər halda, Mərkəzi Bankın heç də uzun müddətdə inzibati rıçaqlarını qoruyub saxlaya bilməyəcəyini proqnozlaşdırmaq elə də çətin deyil.