Bazara yeni kart daxil oldu - "ALBUKART" | Banco.az

Bazara yeni kart daxil oldu - "ALBUKART"

banco.az-ın məlumatına görə Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" şirkəti və ölkəmizdə pərakəndə bank sektoru bazarının liderlərindən olan Unibank, bu gün JW Marriott Absheron"da baş tutan tədbirdə birgə əməkdaşlıq çərçivəsində müştəriləri üçün hazırladıqlar unikal məhsulu - "ALBUKART" məhsulunu təqdim ediblər.

"Albukart" debet kartdır və bu kart MastetCardın və Unibankın üstünlüklərini özündə birləşdirir.

Tədbirdə "Bakcell" şirkətinin İcraçı Direktoru Riçard Şirer çıxış edərək bildirib ki, "Azərbaycanda ilk dəfə olaraq bu təklifi irəli sürməkdən məmnunluq hissi duyuruq. Bu kart müştərilər üçün saysız-hesabsız imkanlar yaradacaq. Bununla da onlar öz vaxtlarına və pullarına qənaət etmiş olacaqlar. Bizim əsas məqsədimiz - abunəçilərimizin həyatını daha da asanlaşdırmaq və onlar üçün daha sərfəli şərtlər təmin etməkdir".

Ən sərfəli kredit üçün müraciət et

"Unibank"ın İcraçı direktoru Xalid Əsədov isə qeyd edib ki,  "Albukart" ölkəmizin kart biznesi tarixində yeni fəsildir. Bu kart vasitəsilə bank xidmətlərindən istifadə etməyən mobil telefon abunəçilərinin Banka cəlb etmək hədəflənir."

Qeyd edək ki, "Albukart"ı "Bakcell"in istənilən Müştəri Xidməti mərkəzindən və ya "Unibank"ın filiallarından şəxsiyyət vəsiqələrini təqdim etmədən əldə etmək olar.

"Albukart"dan illik istifadə haqqı isə 10 manatdır.