Bazara yeni icbari sığorta məhsulları gətiriləcək | Banco.az

Bazara yeni icbari sığorta məhsulları gətiriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası bazara yeni sığorta məhsullarının gətirilməsi istiqamətində işlər görür.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən "Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" adlı IX Beynəlxalq Sığorta Forumunda (AIIF-2019) məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

“Həkimlərin peşə məsuliyyətinin sığortasının, sığorta agentlərinin məsuliyyətinin sığortasının və inşaat və tikini işçilərinin sığortası məhsullarının bazara gətirilməsi nəzərdə tutulur. Bir də Palata hesab edir ki, gömrük və digər qurumların nəzarət buraxılış məntəqələrində sahibkarların saxlancdakı məhsullarının icbari sığortasına böyük ehtiyac var”, - o deyib.  

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et