Bazar təhlilini necə edək? – 8 addım | Banco.az

Bazar təhlilini necə edək? – 8 addım

Bazar təhlilinin məqsədi bazarın indi və ya gələcəkdə kifayət qədər cəlbedici olub olmadığını öyrənməkdir. Təşkilatlar bazarın gələcəkdəki cəlbediciliyini artan fürsətlərə və risklərə baxaraq dəyərləndirirlər. Eyni zamanda firmanın öz güclü və zəif cəhətlərini də araşdırması lazımdır.

Bazar təhlili aşağıdakı ölçülərdə həyata keçirilə bilər:

  1. Bazarın böyüklüyü (indi və gələcəkdə)
  2. Bazar tendensiyası
  3. Bazarın böyümə dərəcəsi
  4. Bazar fürsətləri
  5. Bazarın rentabelliyi
  6. Sənayenin xərc strukturu
  7. Paylama kanalları
  8. Uğur amilləri

1. Bazarın böyüklüyü

Bazarın böyüklüyünü iki cəhətdən qiymətləndirməliyik. Onlardan biri bazarın həcmi, digəri isə bazar potensialıdır. Bazar həcmi dedikdə müəyyən bir bazarın həyata keçirilən bütün satışları nəzərdə tutulur. Həcm müştəri sayı və onların müntəzəm tələbləri deməkdir. Potensial isə bütün tələbin ən yüksək səviyyəsini və bütün potensial müştəriləri əhatə edir. Bu mövzuda məlumat əldə etmək üçün müraciət edə biləcəyiniz mənbələr aşağıdakılardır:

  • Dövlət məlumat mərkəzi
  • Ticari təşkilatların məlumat mərkəzləri
  • Müştəri araşdırmaları

2. Bazar tendensiyası

Bazar tendensiyası bazarda yaranan hərəkətlilik halıdır. Yeni bir işə başladığınız zaman bazarı proqnozlaşdırmaq olduqca çətindir. Bu halda potensial müştəri və ya seqmentlərin göstəricilərinindən istifadə etmək işinizi asanlaşdıra bilər. Bazar haqqında məlumatla yanaşı rəqiblərin, müştərilərin və məhsulların məlumatına da ehtiyac vardır. Eyni zamanda marketinqin təsirini də ölçməliyik. Bir neçə taktika bu işdə sizə kömək edə bilər:

  • Müştəri təhlili
  • Seçim modelləşdirilməsi
  • Rəqabət təhlili
  • Risk təhlili
  • Məhsul araşdırılması
  • Qarışıq marketinq modelləşdirilməsi
  • Marketinq testi

Bazarda baş verən dəyişikliklər yeni fürsət və risklərin mənbəyi olması baxımından əhəmiyyət kəsb edir, bazarın böyüklüyünə də təsir göstərə bilir.

3. Bazarın böyümə dərəcəsi

Ən sərfəli kredit üçün müraciət et

Bazarın böyümə dərəcəsini öyrənməyin ən asan üsulu keçmiş məlumatlara əsasən gələcəyi proqnozlaşdırmaqdır. İlkin mərhələdə bu üsulla ümumi proqnozlaşdırmanı həyata keçirmək mümkün olsa da, çox mühüm məqamların proqnozu verilə bilməz. Daha sərfəli metod isə bazar tendensiyalarını tamamlayan məhsulların satış həcmlərinə nəzər salmaqdır. Bu daha düzgün nəticə hasil edəcəkdir.

4. Bazar fürsətləri

Bir və ya bir neşə məhsulun və xidmətin bazar fürsəti, bazarın ehtiyaclarını rəqiblərindən və əvəzedicilərindən daha yaxşı təmin edilməsidir.

5. Bazarın rentabelliyi

Hər firmanın müəyyən bazarlarda daha yüksək rentabellik şansı varsa da, onlar müxtəlif bazarlarda oxşar vəziyyətdədirlər. Burada sənaye rentabeliyinə təsir göstərən Porterin “5 güc şablonu” - dan istifadə edə bilərsiniz.

  • Alıcı gücü
  • Tədarükçü gücü
  • Daxil olma maneələri
  • Əvəzedici malların yaratdığı risk
  • Sənaye daxili rəqabət

6. Sənayenin xərc strukturu

Bazarda uğurlu olmağın əsas faktorlarını müəyyənləşdirmək üçün sənayenin xərc strukturuna ehtiyac duyulur. Yenə də Porterin “dəyər zənciri təhlili” – dən istifadə edərək xərcləri azaltmaq üçün atılmalı addımlar qərarlaşdırıla bilər.

Xərc strukturu həmçinin rəqabət anlayışını təhlil edərkən lazımdır.

7. Paylama kanalları

Paylama təhlili apararkən aşağıdakılara diqqət yetirməliyik:

  • Mövcud paylama kanalları
  • Tendensiyalar və böyüyən kanallar (yeni kanallar rəqabət üstünlüyü təmin edə bilər)
  • Kanalın güc strukturu - məsələn, yeni bir məhsul paylamasında pərakəndəçilər daha çox yer tutmaq üçün istehsalçıya daha çox təzyiq göstərməyə qadirdirlər.

8. Uğur amilləri

Firmanın uğur əldə etməsi üçün müəyyən edilən meyarlar aşağıdakılardır:

  • Əsas fərdi resurslara çıxış
  • Ölçü iqtisadiyyatına nail olmaq (istehsal artdıqca xərclərin azalması)
  • Texnoloji inkişaf

Uğur amillərinin zaman ərzində dəyişə biləcəyini yadda saxlamalı, vaxt keçdikcə prioritetlərin və məqsədlərin dəyişə biləcəyini unutmamalısınız.

Tamara Mustafayeva, banco.az