Bazar kapitalizasiyası, (ing: market capitalization) şirkətin bütöv bazar dəyərini ifadə edir və şirkət tərəfindən buraxılmış səhmlərin cari bazar qiyməti ilə həmin səhmlərin sayının hasilinə bərabərdir. Şirkətin kapitallaşması şirkətin bütün səhmlərinin sayının bir səhmin bazar qiymətinə vurulması yolu ilə hesablanır.
MC=N*P
MC-Bazar kapitalizasiyası,
N-səhmlərin sayı,
P-səhm vahidinin qiyməti.
Məsələn:Hər hansı bir şirkətin 10 milyon səhmi var və hər səhmin qiyməti 35 manatdır. O zaman bazar kapitalizasiyası 350 milyon manat olar.
İnvestisiya şirkətləri bu göstərici vasitəsi ilə, şirkətin ölçüsünü, onun aktivlərini və ya cəmi satışlarının miqdarını müəyyən edə bilirlər.