“Bazar ertəsi sindromu"na necə qalib gələ bilərik? | Banco.az

“Bazar ertəsi sindromu"na necə qalib gələ bilərik?

Tamara Mustafayeva, Banco.az

Bir çox insanlar bazar axşamlarını sevmədiklərini söyləyirlər. Bu vəziyyət sadəcə bizim ölkəmiz üçün deyil, bazar ertəsi iş gününə başlayan bütün ölkələr üçün xarakterikdir.

ABŞ–da 2015–ci ildə aparılan bir araşdırmaya görə, işləyən insanların 76%-nin “bazar axşamı depressiyası” yaşadığı məlum olmuşdur. İşinizi sevib sevməməyinizdən asılı olmayaraq “bazar ertəsi sindromu” yaşamağınız normal haldır. Bazar ertəsinin stressi də bazar axşamından başlayır. Bu vəziyyətin öhdəsindən gələnlər isə yeni iş həftəsinə daha enerjili və gümrah başlayır, işlərində daha məhsuldar və uğurlu olurlar.

Yazıçı Laura Vaderkamın “Uğurlu insanlar həftə sonu nə ilə məşğul olurlar” (“What the Most Successful People Do on the Weekend”) adlı kitabından götürülmüş 9 maddədə bazar axşamı depressiyasından xilas olmağın yollarını təqdim edirik;

1. Əyləncəli hər hansı bir fəaliyyətlə məşğul olun

Bazar axşamı üçün planlaşdırdığınız bir fəaliyyət həftə sonu təsirinin daha da uzun çəkməsinə şərait yaratmaqla yanaşı, həmçinin sizi bazar ertəsi səhərinə diqqətinizi yönəltməkdən xilas edər. Ailə və ya dostlarla axşam yeməyi yemək yaxud filmə baxmağa getmək olduqca maraqlı fikirdir.

2. Növbəti həftəni planlaşdırın

Yuxarıda adı çəkilən kitaba görə uğurlu insanlar bazar axşamı öz təqvimlərinə baxaraq növbəti həftənin planını qururlar. Hədəflər müəyyənləşdirir, tamamlanmalı olan işlər üçün dəqiq tarix müəyyənləşdirirlər. İşin sirri isə bu planları qurarkən stressə girməməkdir.

3. İdmanla məşğul olun

Gəzintiyə çıxın, qaçın, idman zalına və ya üzgüçülük hovuzuna gedin. Arzu etdiyiniz digər idman növləri ilə də məşğul ola bilərsiniz, əsas odur ki, yeni iş həftəsinə gümrah başlayın.

4. Spirtli içki qəbul etməyin

Spirtli içkilərdən istifadə etmək sizin bazar ertəsi səhərinə yuxusuz və enerjisiz başlamağınıza səbəb olacaqdır. Bunun əvəzinə sağlam qidalanmağa riayət edərək bitki çaylarına üstünlük verə bilərsiniz.

5. Mütaliə edin

Ən sərfəli kredit üçün müraciət et

Kitaba görə bir çox uğurlu insan hər gecə yatmazdan əvvəl kitab oxuyurlar və bazar gecələri də bu vərdişdən qalmırlar.

6. E-poçt mesajlarına və zənglərə cavab verin

Həftə içi işlərin çoxluğundan zənglərinə cavab verə bilmədiyiniz dostlarınız ilə əlaqə saxlayın. Ailə üzvlərinin mesajlarına cavab verin.

7. Telefondan uzaqlaşın

Bütün mesajlara və zənglərə cavab verdiyinizdən əmin olduqdan sonra bir neçə saatlıq belə olsa telefondan uzaqlaşın. Mümkündürsə telefonu söndürün.

8. Könüllü olun, insanlara kömək edin

Həftəni uğurla başa vurmağın ən yaxşı üsullarından biri də insanlara kömək etməkdir. Adı çəkilən kitabda belə deyilir: “Həyatda edəcəyiniz heç bir şey, ehtiyacı olan insanlara kömək etməkdən daha çox stressinizi azalda bilməz.”

9. Yuxu rejiminə riayət edin

İşləyən insanların ən böyük problemi xroniki yuxusuzluqdan əziyyət çəkməkdir. Bu problemə məruz qalmamaq üçün mütəxəssilərin ortaq tövsiyəsi belədir: “Hər axşam eyni vaxtda yuxuya getmək.” Yaxşı gecə yuxusu, xüsusilə də bazar ertəsi iş gününə enerjili başlamaq üçün olduqca əhəmiyyətlidir.

Həmçinin oxu: Uğurlu İnsanlar Həftə Sonlarını Necə Keçirir?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et