Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünyanın ən böyük karqo şirkətləri ticarətinin qloballaşmasında mühüm rol oynayır. Dünyada çoxlu yük şirkətləri var və bu şirkətlər milyonlarla bağlamanın daşınmasında vasitəçilik edirlər. Bu şirkətlər yüksək texnoloji sistemlər, effektiv logistik idarəetmə və geniş qlobal şəbəkələr sayəsində müştərilərinə sürətli və etibarlı xidmətlər təklif edirlər.
Banco.az xəbər verir ki, "CompaniesMarketCap" tərəfindən paylaşılan məlumatlara əsasən hazırda dünyanın bazar dəyərinə görə ən dəyərli karqo şirkətləri bunlardır (14 yanvar 2024 tarixinə):
1. United Parcel Service (ABŞ): 106.7 milyard dollar
2. FedEx (ABŞ): 66.1 milyard dollar
3. DHL Group (Almaniya): 40.2 milyard dollar
4. Japan Post Holdings (Yaponiya): 29.2 milyard dollar
5. S.F. Express (Çin): 27.3 milyard dollar
6. Poste Italiane (İtaliya): 18.5 milyard dollar
7. ZTO Express (Çin): 14.5 milyard dollar
8. TFI International (Kanada): 11.3 milyard dollar
9. InPost (Lüksemburq): 8.2 milyard dollar
10. International Distributions Services (Böyük Britaniya): 4.3 milyard dollar
Bizi sosial şəbəkələrdən izləyin!!