Bayram süfrəsi hazırlamaq - NEÇƏYƏ BAŞA GƏLİR? | Banco.az

Bayram süfrəsi hazırlamaq - NEÇƏYƏ BAŞA GƏLİR?

Yeni il süfrəsini bir qayda olaraq “paytaxt” salatı, plov, yarpaq dolması, ləvəngi, meyvələrdən naringi, portağal, ananas, banan, zövqə görə cürbəcür spirtli və spirtsiz içkilər bəzəyir.

Ümumiyyətlə, Yeni il süfrəsinin müxtəlif təamlarla bəzədilməsi və ailə üzvlərinin həmin süfrədə toplaşması ənənə kimi bu gün də davam etdirilir.

Bəs bayram süfrəsi hazırlamağın bir ailəyə neçəyə başa gəldiyini bilirsiniz?

Bayramqabağı süni qiymət artımının müşahidə edilmədiyini desək, yalan olar. Odur ki, mümkün qədər qiymətlərin münasib olduğu yarmarkalara və mağazalara üz tutduq. Ümumilikdə, qiymətlərdə 2018-ci il illə müqayisədə, bir qədər artım müşahidə edilir.

Əhalinin bayram günü aldığı məhsullardan ən önəmlisi ətdir. Ətin qiyməti ötənilki qiymətlərlə müqayisədə, əlli qəpikdən bir manata qədər bahalaşıb. Digər məhsulların qiymətləri isə aşağıdakı kimidir:

Market qiymətləri:

Məhsulun adı

Ədəd/Kq

2019-cu il üçün

2018-ci il üçün

Mal əti (sümüklü)

1kq

11 AZN

10,13 AZN

Mal əti (sümüksüz)

1kq

13 AZN

12,34 AZN

Toyuq əti

1kq

3,14 AZN

4,26 AZN

Toyuq yumurtası

10 ədəd

1,30 AZN

1,56 AZN

Qatıq

3kq

5,50 AZN

3,74AZN

Düyü (yumru)

1 kq

1,60 AZN

1,35

Kartof

1kq

0,85 AZN

0,78 AZN

Baş soğan

1kq

0,59 AZN

0,45 AZN

Pomidor

1kq

1,80-2,40 AZN

2 AZN

Xiyar

1 kq

1-2,30 AZN

1 AZN

Yerkökü

1 kq

1,10 AZN

0,80 AZN

Mayonez

350 q

2,20 AZN

1,21 AZN

Konservləşdirilmiş yaşıl noxud

325 q

1,80 AZN

1,65 AZN

Konservləşdirilmiş qarğıdalı

340 qr

2,40 AZN

2 AZN

Nehrə yağı

1 kq

14 AZN

15,20 AZN

Qoz

1 kq

18 AZN

16 AZN

Fındıq

1 kq

16 AZN

17 AZN

Ağ kişmiş

1 kq

5 AZN

6,65 AZN

Qara kişmiş

1 kq

6 AZN

7 AZN

Badam

1 kq

22 AZN

23 AZN

Portağal

1 kq

3,55 AZN

2,50 AZN

Naringi

1 kq

2,30 AZN

2 AZN

Armud

1 kq

3,80 AZN

2,50 – 3 AZN

Ən sərfəli kredit üçün müraciət et

Yarmarkalarda olan qiymətlər isə aşağıdakı kimidir:

Məhsulun adı

Ədəd/Kq

Qiymətlər

Baş soğan

1 kq

0,70-0,90 AZN

Kartof

1 kq

0,60-0,85 AZN

Pomidor

1 kq

1,20 AZN

Xiyar

1 kq

1 AZN

Banan

1 kq

2,75-3 AZN

Kivi

1 kq

1,50-2 AZN

Portağal

1 kq

2 AZN

Naringi

1 kq

1 AZN

Armud

1 kq

2,20 AZN

Nar

1 kq

2 AZN

İri qara kişmiş

1 kq

16 AZN

Xırda qara kişmiş

1 kq

10 AZN

İri ağ kişmiş

1 kq

14 AZN

Xırda ağ kişmiş

1 kq

8 AZN

Qabıqlı qoz

1 kq

5 AZN

Təmizlənmiş qoz (Zaqatala)

1 kq

16-19 AZN

Təmizlənmiş qoz (Ordubad)

1kq

22-25 AZN

Fındıq (Qəbələ)

1 kq

16 AZN

Fındıq (qovrulmuş)

1 kq

18 AZN

Badam

1 kq

24 AZN

Şabalıd

1 kq

7 AZN

Qarışıq çərəz

1 kq

12 AZN

Əhalinin bir qismi qiymətlərin normal olduğunu, zəruri olan bütün məhsullardan ala bildiyini desə də, digər qrup qiymətlərin ildən-ilə artdığını deyir. Xüsusilə də çərəzlərdə gözəçarpacaq dərəcədə qiymət artımı müşahidə edilir.

​oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et