Bayram günlərində işiniz rahat getsin! | Banco.az

Bayram günlərində işiniz rahat getsin!

Operativlik, peşəkarlıq və müştəri məmnuniyyətini daim yüksək səviyyədə saxlanılmasını təmin edən "Expressbank" qarşıdan gələn Qurban bayramı günləri də fəaliyyət göstərəcək.

Şəhərimizin mərkəzində - Bülbül prospekti 29 ünvanında yerləşən "Expressbank"ın Nəsimi filialı həmişə olduğu kimi, həftənin 7 günü, 24 saat iş rejimində çalışır. Burada Bakı sakinləri və şəhərimizin qonaqları fasiləsiz olaraq sərfəli valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.

Həmçinin xatırladaq ki, "Expressbank"ın MXD, Elmlər, Əhmədli, Yasamal, Neftçilər və Nəsimi filiallarında mövcud 24/7 zonalarında da müştərilər ATM və Expresspay ödəniş terminalları vasitəsi ilə istənilən zaman pul nağdlaşdıra, hesablarına mədaxil edə, depozit hesabını artıra, kommunal və digər ödənişlərini rahat və sürətli həyata keçirə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi "Facebook" səhifəsinə(www.facebook.com/Expressbankdaxil olaraq əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et