Baydenin yeni iqtisadi müşavirinin adı açıqlanıb | Banco.az

Baydenin yeni iqtisadi müşavirinin adı açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Baydenin yeni iqtisadi müşaviri FED sədr müavini Breynard təyin edilib.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden ABŞ Federal Ehtiyat Sisteminin (FED) vitse-prezidenti Lael Breynardı Ağ Evin Milli İqtisadi Şurasının direktoru vəzifəsinə təyin edib.

O, ötən iki ildə Baydenə iqtisadi siyasətlərində kömək edən Brayan Dizi əvəz edəcək.

Bu barədə Ağ Ev rəsmi bəyanat yayıb.

Xatırladaq ki, Breynard Ağ Evin Milli İqtisadi Şurasının direktoru vəzifəsinə təyin edilmiş ikinci qadındır.

Ən sərfəli kredit üçün müraciət et

Bəyanatda həmçinin Baydenin İqtisadi Məsləhətçilər Şurasının sədri vəzifəsinə isə Jared Bernşteynin namizədliyini irəli sürəcəyi qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et