Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ prezidenti Co Bayden Kiyevə 150 milyon dollar məbləğində əlavə hərbi yardım göndərilməsi barədə göstəriş verib.
Banco.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Bildirilib ki, vəsait Ukraynaya yardım göstərmək üçün müdafiə vasitələri və Müdafiə Departamenti xidmətləri, hərbi təhsil və təlimlərə yönəldilməlidir.
Amerika prezidenti həmçinin Blinkenə ABŞ-nin milli təhlükəsizlik maraqlarına əsaslanaraq Kiyevə daha 12 milyon dollar verilməsinin zəruri olub-olmadığını müəyyən etməyi tapşırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!