Bayden neftin qiymətini azaltmağa çağırıb | Banco.az

Bayden neftin qiymətini azaltmağa çağırıb

Tamara Mustafayeva, Banco.az

ABŞ-da neft qiymətlərinin yaydakı pik həddən geriləməsi ilə ölkə prezidenti Co Bayden neft şirkətlərinə ünvanladığı qiymətlərin aşağı salınması çağırışını yenidən dilə gətirib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ prezidenti Co Bayden iclasların birində çıxışı zamanı ötən ay dünyada neftin qiymətinin azaldığını, lakin bu azalmanın qiymətlərdə əksini tapmadığını bildirib.

"Bu minvalda neft və qaz şirkətləri milyardlarla dollarlıq rekord gəlir əldə etməyə davam edir", deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın xam neft fyuçers qiymətləri ötən ay 9,2 faiz ucuzlaşmışdı. Bayden ölkə daxilindəki qiymətlərdə tarazlığın olmadığını, xam neft emal gücü aşağı olan Qərb ştatlarında qiymətlərin daha yüksək olduğunu söyləyib..

O, "Yanacaqdoldurma məntəqəsi işlədən və nasos qiymətlərini təyin edənlərə mesajım aydındır: Məhsula ödədiyiniz dəyəri əks etdirmək üçün nasosdakı qiyməti aşağı salın", deyə çağırıb edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Bayden ilin əvvəlində bir qallon benzinin orta qiyməti 5 dolları keçdiyi zaman da oxşar çağırış etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et