Bayden müflis olan banklarla bağlı əhaliyə müraciət edib | Banco.az

Bayden müflis olan banklarla bağlı əhaliyə müraciət edib

Müəllif - Aida İsaq, Banco.az

ABŞ prezidenti Co Bayden əhaliyə müraciət ünvanlayıb.

Banco.az xəbər verir ki, dövlət başçısının təcili müraciəti iki Amerika bankının (“Silikon Vadisi Bankı” və “Signature Bankı”) müflis olaraq bağlanması fonunda baş tutub. Prezident müvafiq bank sistemlərinin təhlükəsiz vəziyyətdə olduğunu bildirib. Eyni zamanda vətəndaşların ehtiyac olduğu anlarda öz əmanətlərini rahat şəkildə əldə edə biləcəklərini vurğulayıb.

Co Bayden həmçinin müflis olmuş Amerika banklarının rəhbərliyi ilə bağlı müvafiq tədbirlərin görüləcəyini qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram