Bayden hidrogen sənayesinin inkişafını sürətləndirmək üçün 62 milyon dollar ayırıb | Banco.az

Bayden hidrogen sənayesinin inkişafını sürətləndirmək üçün 62 milyon dollar ayırıb

Müəllif: Ayşən İmanova/Banco.az

Bayden administrasiyası polad, sement və ağır nəqliyyatın karbonsuzlaşdırılması üçün əsas hesab edilən, yeni yaranmaqda olan hidrogen sənayesinin inkişafını sürətləndirmək üçün 62 milyon dollar ayırıb.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, maliyyə vəsaiti ağır yük maşınlarında və liman avadanlıqlarında hidrogendən istifadə texnologiyalarının işlənib hazırlanması, həyata keçirilməsi, habelə hidrogen infrastrukturunun yaradılması üçün icazə prosesini qısaltmaq üçün 15 ştatda 20 layihəni dəstəkləyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Maliyyələşdirmənin böyük hissəsi - 40 milyon dollar - yük maşınları üçün standart hidrogen yanacaqdoldurma məntəqəsinin yaradılmasına yönəldiləcək.

Ağ Ev bildirib ki, hidrogen iqlim məqsədlərinə nail olmaq üçün vacibdir və 2030-cu ilə qədər maya dəyəri 80 % azalaraq 1 kq üçün 1 dollara qədər azalmağa başlayacaq.