Bayden həlledici qanunu imzaladı | Banco.az

Bayden həlledici qanunu imzaladı

Tamara Mustafayeva, Banco.az

Bayden "İnflyasiyanın Azaldılması Aktı"nı imzalayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ prezidenti Co Bayden inflyasiyanın azaldılmasına yönəlmiş hərtərəfli sağlamlıq, iqlim və vergi tənzimləmələrini ehtiva edən qanunu imzalayıb.

Bayden daha əvvəl Konqres tərəfindən təsdiq edilən "İnflyasiyanın Azaldılması Aktı"nı Ağ Evdə keçirilən imza mərasimində təsdiqləyib.

Mərasimdəki çıxışında qanunun ABŞ tarixinin ən mühüm qanunlarından biri olduğunu söyləyən Bayden, "Bu qanun iqlimlə bağlı indiyə qədər atılan ən böyük addımdır", deyə vurğulayıb.

Qanunun ABŞ-ın iqlim dəyişikliyi ilə mübarizədə əlavə cəsarətli addımlar atmasına imkan yaradacağını qeyd edən Bayden bunun səhiyyə xidməti almaqda çətinlik çəkən amerikalılara əhəmiyyətli faydalar təmin edəcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bayden həmçinin bu qanunla qarşıdakı 10 ildə büdcə kəsirinin 300 milyard dollardan çox azalacağını və inflyasiya ilə mübarizə üçün kəsirlərin azalacağını vurğuladı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et