Bayden cütlüyünün ötən ilki gəliri AÇIQLANDI | Banco.az

Bayden cütlüyünün ötən ilki gəliri AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

Bayden ailəsi ötən il 157 min 414 dollar vergi ödəyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Ağ Ev prezident Co Bayden və vitse-prezident Kamala Harrisin vergi bəyannamələrini açıqladıqlarını elan edib. Məlumata görə, Co Bayden və həyat yoldaşı Cil Baydenin 2020-ci il üzrə əldə etdikləri gəlir 607 min 336 dollar təşkil edib.

Seçki kampaniyaları səbəbindən əvvəlki ilə nəzərən gəlirlərində azalma müşahidə edilən cütlük 2020-ci ildə 157 min 414 dollar federal gəlir vergisi ödəyib. Bununla yanaşı, cütlük ötən ilki ümumi gəlirlərinin 5.1%-ni 10 müxtəlif xeyriyyə qurumuna ianə verib.

Qeyd edək ki, Bayden ailəsi 2019-cu ildə isə 944 min 737 dollar gəlir əldə etmiş, 299 min 346 dollar isə federal gəlir vergisi ödəmişdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram