Bayden ailəsinin illik gəliri açıqlanıb | Banco.az

Bayden ailəsinin illik gəliri açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

ABŞ prezidenti Co Bayden və birinci xanım Cil Baydenin birgə ailə gəlirləri açıqlanıb.

Banco.az xəbər verir ki, prezident ailəsinin illik 579,5 min dollar ailə gəliri əldə etdiyi məlum olub. Bunun 169,8 min dolları 2022-ci ildə federal vergilərin ödənilməsinə yönəlib. Açıqlanan məlumatlara görə, gəlir vergisi dərəcəsi 23,8% təşkil edib. Həmçinin, Birləşmiş Ştatların rəhbəri və həyat yoldaşı ailə evi olan Delaverdə 29 min dollardan çox vergi ödəyib. Bundan əlavə, prezident cütlüyü xeyriyyə işlərinə 20,1 min dollar bağışlayıb. İanələr 20 xeyriyyə təşkilatı tərəfindən qəbul edilib. 

Qeyd edək ki, ötən il ailənin illik gəlirinin 610 min dollar olduğunu bildirilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram