Bayden 2024-cü maliyyə ili üçün 6,9 trilyon dollarlıq büdcə təklifi irəli sürüb | Banco.az

Bayden 2024-cü maliyyə ili üçün 6,9 trilyon dollarlıq büdcə təklifi irəli sürüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Co Baydenin 2024-cü maliyyə ili üçün 6,9 trilyon dollarlıq büdcə təklifi varlılar və iri korporasiyalar üçün vergilərin artırılmasını nəzərdə tutur.

Banco.az xəbər verir ki, Ağ Ev oktyabrın 1-də başlayacaq 2024-cü maliyyə ili üçün dövlət xərclərini ehtiva edən büdcə təklifini ABŞ Konqresinə təqdim edib.

Buna görə, 2024-cü maliyyə ilinin büdcəsində 5 trilyon dollar gəlir, 6,9 trilyon dollar xərc planlaşdırılıb.

Bayden administrasiyasının 2024-cü il maliyyə büdcəsinin məbləğinin əvvəlki maliyyə ili ilə müqayisədə 8 faiz artdığı hesablanır.

Qeyd edək ki, sözügedən büdcədə Xəzinə Nazirliyinin büdcəsinin 15 faiz artırılması və 16,3 milyard dollar ayrılması nəzərdə tutulur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram