Bayden 1,7 trilyon dollarlıq büdcə layihəsini imzalayıb | Banco.az

Bayden 1,7 trilyon dollarlıq büdcə layihəsini imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Co Bayden 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq büdcə qanun layihəsini imzalayıb.

Banco.az xəbər verir ki, 2023-cü maliyyə ilinin başa çatacağı 30 sentyabr 2023-cü ilə qədər ABŞ Federal Hökumətini maliyyə ilə təmin edəcək büdcə qanun layihəsi ABŞ Senatı və Nümayəndələr Palatasında təsdiqləndikdən sonra prezident Baydenin imzasına təqdim edilib.

Ağ Evdən verilən bəyanatda sözügedən qanun layihəsinin Bayden tərəfindən imzalandığı bildirilib.

Daha sonra Co Bayden rəsmi “Twitter” hesabından mövzu ilə bağlı tvit yazıb. Büdcədə tibbi tədqiqatlar, təhlükəsizlik, veteranların sağlamlıq xidmətləri, fəlakətlərin bərpası və qadınlara qarşı zorakılıq hüquq fondlarına investisiyaların nəzərdə tutulduğunu qeyd edən Bayden büdcənin Ukraynaya da əhəmiyyətli dəstək verəcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et