Başqasının adına nömrə almağa SON... - AZƏRBAYCANDA | Banco.az

Başqasının adına nömrə almağa SON... - AZƏRBAYCANDA

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir.

Sərgi çərçivəsində SmartCell üz tanıma texnologiyası nümayiş olunur.

SmartCell – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemdir.

SmartCell operatorlar üçün müştərinin və satıcının şəkil (face ID) və elektron imza ilə identifikasiyası, müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsi, elektron müqavilə, real vaxt rejimində məlumatların əldə edilməsi, arxiv işlərinin minimallaşdırılması və s. bu kimi üstünlüklər qazandırır. Müştəri üçün isə şəxsin xəbəri və iştirakı olmadan adına nömrənin rəsmiləşdirilməsinin qarşısının alınması, vaxta qənaət, elektron müqavilə və elektron imza ilə əməliyyatın aparılması kimi üstünlüklər qazandırır.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən texnologiya gələcəkdə bank və maliyyə sahələrində də tətbiq edilə biləcək. Müştərilərə məsafədən xidmət üçün isə əvəzsiz resursdur. Bu texnologiyanın tətbiqi zamanı prosesin videoçəkilişini də əldə etmək mümkündür. Onu da qeyd edək ki, bütün bunlar qanunvericiliyinə tələblərinə tam uyğundur.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et