Basketbolun əfsanəsi və biznesmen Maykl Cordandan 5 həyat dərsi | Banco.az

Basketbolun əfsanəsi və biznesmen Maykl Cordandan 5 həyat dərsi

6 dəfə NBA çempionu, 5 dəfə MVP, 14 dəfə All-Star olan Maykl Cordanın karyerası ərzində əldə etdiyi uğurların sayı o qədər çoxdur ki, burada hamısını sadalamaq qeyri-mümkündür. Bundan əlavə, o, sadəcə bir basketbolçu olmayıb. Rol aldığı “Space Jam” (İMDB-6.3) kinosu namizəd göstərildiyi 12 mükafatdan 5-ni qazanıb. Maykl Cordan milyarder olan ilk NBA oyunçusu olmaqla bərabər çox yaxşı biznesmendir. “Upper Deck”, “2k Sports” və “Nike” kimi şirkətlərdə səhmləri var. Saymaqla bitməyən uğurlarının arxasında təbii ki, intizam, istək, əziyyət və özünəinam dayanır.

Maykl Cordandan öyrənə biləcəyimiz 5 həyat dərsi:

1) Çox çalışmağa davam et.

“Günəş çıxmadan öncə oyanıram, bir az səhər yeməyi yeyib avtomobilimə minib məşqə gedirəm. Hələ heç kim yollarda deyil. Yolumun üstündəki dənizə baxıram, atamı görürəm və onunla danışıram: “Ata bunu edə bilərik. Bəli, bunun öhdəsindən gələ bilərik””.

2) Uğur qazanmaq istəyirsənsə, səhv etməkdən qorxmayın.

“Karyeram ərzində 9000-dən artıq atış (shoot) qaçırtdım. Təxminən, 300 oyun uduzdum. 26 dəfə oyunu udmağımız üçün son atış mənə verildi və ata bilmədim. Həyatımda dəfələrlə uğursuz oldum … Və buna görə də bacardım”.

Ən sərfəli kredit üçün müraciət et

3) Fərqli ol.

“Oyunumu mükəməlləşdirmək və onu hər kəsdən fərqli etmək istəyirdim”.

4) Böyük gözləntilərin olsun.

“Heç bir zaman ən üst nöqtəyə çıxdığımı hiss etmədim. Hələ də özümü inkişaf etdirməyim lazım olduğu zəif tərəflərim var. Hər zaman özümə hədəflər qoydum, mənim üçün yaxşı uğurlar olsa da, onlarla heç bir vaxt kifayətlənmədim. Sadəcə, bir basketbolçu olaraq deyil, ata olaraq, nümunəvi insan olaraq, sübut etməli olduğum bir çox şeylər var. Hər zaman bəzi şeylər əldə etmək üçün və onları aşmaq üçün özümdən gözləntilərim olacaq. Buna inandığım müddətdə uğura gedən yolum böyüməyə davam edəcək.

5) Pozitiv ol.

“Dönüb geriyə baxdığımda pis şeylər yaşamadığımı deyə bilmərəm. Bilirəm, başınıza pis şeylərin gəlməsini istəmərsiniz, amma onların öhdəsindən gəlməyin yollarını taparsınız. Unutmayın ki, çatışmazlıqlar olmadan uğura çatmaq mümkün deyil”.

moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et