"Başak İnam"ın ödənişləri 88% artıb | Banco.az

"Başak İnam"ın ödənişləri 88% artıb

2013-cü ildə "Başak İnam" Sığorta şirkətinin topladığı sığorta haqları 21,7% artaraq 4,1 milyon manata, sığorta ödənişləri isə 88% artaraq 1,8 milyon manata çatıb. Şirkətin fins.az-a təqdim  etdiyi illik hesabata əsasən, ötən il "Başak İnam"ın yığımlarının əsas hissəsi - 1,7 milyon manat və ya 41,5%-i avtomobillərin kasko sığortasından, 1,26 milyon manat və ya 30,7%-i fərdi qəza və xəstəlik sığortasından daxil olub. Digər əsas yığım mənbələrinə əmlakın yanğından və digər risklərdən  sığortası, tibbi sığorta və s. aiddir. Ötən il şirkətin həyata keçirdiyi sığorta ödənişlərinin də əsas hissəsi kasko sığortanın payına düşüb - 937,5 min manat və ya ümumi ödənişlərin 52,6%-i. Ödənişlərin 397 min manatı yanğından sığorta,  257,5 min manatı sağlamlıq sığortası, 148 min manat isə frədi qəza və xəstəlik sığortası üzrə həyata keıçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et