“Başak İnam”ın könüllü ləğv edilməsinə başlanılıb | Banco.az

“Başak İnam”ın könüllü ləğv edilməsinə başlanılıb

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin avqustun 20-də qəbul etdiyi qərarla “Başak İnam” Sığorta Şirkəti ASC məcburi ləğvetmədən könüllü ləğvetməyə keçib.

Buna səbəb sığortaçının maliyyə vəziyyətinin öhdəliklərini yerinə yetirməyə imkan verməsidir.

Beləliklə, noyabrın 12-dən “Başak İnam”ın könüllü ləğv edilməsinə başlanılıb. Bununla da, Maliyyə Bazarlarına Nəzarət Palatasının təyin etdiyi müvəqqəti inzibatı sığorta şirkətində işini yekunlaşdırıb və işləri səhmdarlara təhvil verib. 

© Report