“Başak-İnam Sığorta”da ləğvetmə komissiyası yaradılacaq | Banco.az

“Başak-İnam Sığorta”da ləğvetmə komissiyası yaradılacaq

Aprelin 4-də “Başak İnam Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq saaat 11:00-da şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 79 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə “Başak İnam Sığorta”nın 2016-cı il üzrə fəaliyyətinin yekununun müzakirə edilməsi, maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair təftiş komissiyasının və müstəqil auditor təşkilatının hesabatının təsdiq edilməsi, Cəmiyyətin könüllü qaydada ləğv edilməsi, bununla bağlı ləğvetmə komissiyasının yaradılması və digər məsələlər daxildir.

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

“Başak İnam Sığorta” bir qədər əvvəl bazarı tərk etmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Palata sığorta şirkətinin bağlanmasına artıq razılıq verib.

©Report