Baş Nazirin müavini təyin olundu - SƏRƏNCAM | Banco.az

Baş Nazirin müavini təyin olundu - SƏRƏNCAM

Prezident İlham Əliyev "Şahin Mustafayevin Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilib.

 

Mustafayev Şahin Abdulla oğlunun 54 yaşı var. 

1965-ci ildə anadan olub.

1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.

1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb.

1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub.

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib.

2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub.

2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib.

2008-ci ilin oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək iqtisadi inkişaf naziri, 2013-cü ilin oktyabrın 22-dən 2016-cı ilin yanvarın 15-dək iqtisadiyyat və sənaye naziri olub.

2016-cı ilin yanvarın 15-dən iqtisadiyyat naziri idi.

Ailəlidir, 3 övladı var.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et