Baş nazir dövlət fondundan 700 mln dollar mənimsəyib | Banco.az

Baş nazir dövlət fondundan 700 mln dollar mənimsəyib

Wall Street Journal xəbər verir ki, Malayziyanın baş naziri Najib Razak onsuz da yaxşı vəziyyətdə olmayan dövlət fondundan öz bank hesabına 700 mln dollar pul köçürüb.

Nazirin bankda 5 depozit hesabı olub. Onlardan ən böyüyü isə, 620 mln və 61 mln dollar dəyərində olub. Qeyd edək ki, həmin pullar hesaba 2013-cü ilin mart ayında, Malayziyadakı seçki kampaniyaları vaxtı köçürülüb.

Lakin, ölkə hökuməti açıqlamasında bildirib ki, nazir dövlətin pulunu şəxsi məqsədlər üçün istifadə etməyib. Hökumətin sözçüsü məsələylə bağlı dəqiq heçnə deməyib və araşdırma aparılacağını əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Ölkə fondunun hazırda 11.6 mln borcu var və o, buna görə tez-tez tənqid olunur.

Fondda dəfələrlə, ölkənin Mərkəzi Bankı, Audit Komitəsi, eləcə də polis qüvvələri tərəfindən istintaq aparılıb.

Iyulun 9-u isə Baş Auiditor yekun təhqiqatdan sonra bu barədə medianı ətraflı məlumatlandıracaq.