"Baş Mühasib" vakansiyası üzrə içşi qəbulu elan edilir! | Banco.az

"Baş Mühasib" vakansiyası üzrə içşi qəbulu elan edilir!

Vakansiya Baş mühasib

Namizəd üçün tələblər

- Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil və ən az qeyd edilən vəzifə üzrə 5 il iş təcrübəsi (tikinti-quraşdırma sahəsinə üstünlük verilir) həmçinin 40-45 yaş arası xanim namizədlər CV göndərə bilər

- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək

- Ingilis ve rus dilini əla səviyyədə bilmək

- AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək

- Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək

- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları

- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı

- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

İş barədə məlumat

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə

- BTP proqramı, 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s. , e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək

- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək

- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət

- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı

-E-portal proqramı ilə işləmək

- ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi

- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

Ən sərfəli kredit üçün müraciət et

- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət

- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi

- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi

- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi

Əlavə məlumatlar:

İş qrafiki: 5 günlük iş həftəsi;

İş vaxtı: 09:00 – 18:00;

İş yeri: Bakı şəh., Xətai rayonu ,Ələddin Quliyev 11/31 (Xətai metrosu yaxınlığı)

Müraciət qaydası:

Qeyd olunan tələblərə uyğun olan namizədlərdən mövzu yerində “Baş mühasib” qeyd edərək "[email protected]" elektron ünvanına şəkilli CV göndərilmələri xahiş olunur. Sadalanan  tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq

Son müraciət tarixi : 31.03.2022

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et