Baş mühasib olmaq istəyənlərin nəzərinə | Banco.az

Baş mühasib olmaq istəyənlərin nəzərinə

BOKT “Embafinans” MMC aşağıda qeyd olunanlar üzrə  “Baş mühasib” vəzifəsi üçün  vakansiya elan edir:

Əsas vəzifə və öhdəliklər:

• Büdcə hazırlanması və icrasına nəzarət;
• Mövcud olan qanunvericiliyə, Mərkəzi Bankın təlimatlarına və müəssisənin daxili prosedurlarına uyğun  maliyyə nəticələrinin uçotunun təşkil edilməsi;
• Kredit portfelinə maliyyə nəzarətinin təmin edilməsi;
• Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Mərkəzi Bank hesabatlarının hazırlanması və təqdim edilməsi;
• DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Banklarla qarşılıqlı əməkdaşlığın təmin edilməsi;
• İşçilərlə hesablaşmaların təmin edilməsi;
• Daxili və kənar auditorlarla işin təşkili;

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

• Ali iqtisadi təhsil;
• Yaş həddi  25-40
• Bank və ya kredit təşkilatlarında ən az 3 il baş mühasib, yaxud baş mühasibin müavini vəifələrində iş təcrübəsi
• Beynəlxalq Mühasibat Uçotu Standartları və Milli Mühasibat Uçotu Standartlarına dair bilikləri;
• 1C və LW proqram təminatları ilə işləmə bacarığı;
• Ünsiyyət qurma və danışıqlar aparmaq bacarıqları;

Ən sərfəli kredit üçün müraciət et

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  [email protected] ünvanına göndərə bilərlər.
Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.

Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.

İş qrafiki: 5 gün / saat 09.00-18.00

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et