Neft bazarında sabitliyi 2018-ci ildə də qorunub saxlanılması üçün hasilatçı ölkələr bir sıra əlavə addımlar atmağa məcbur qala bilər. "Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, bu açıqlamanı OPEC-in baş katibi Məhəmməd Barkindo Nyu-Delhidə çıxışı zamanı verib.
Hindistanın neft naziri Dhamendra Pradhanla görüşü zamanı M.Barkindo "birincisi, neft bazarının yenidən balanlaşdırılması prosesinin başlaması mövzusunda fikir birliyi var. İkincisi, 2018-ci ildə sabitliyi təmin etmık üçün əlavə addımlar atmaq istiqamətində fikir birliyi var" deyə bildirib. Barkindo qeyd edib ki, OPEC-dəki müzakirələrə S.Ərəbistanı və Rusiya başçılıq edir.
Mənbə: Report.az