Banqkok turistlər arasında ən populyar şəhərdir | Banco.az

Banqkok turistlər arasında ən populyar şəhərdir

2016-cı ildə turistlər arasında ən populyar şəhər Tailandın paytaxtı Banqkok olub.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu qənaətə “Mastercard” şirkəti gəlib.

Maliyyə korporasiyasının mütəxəssisləri dünyanın xarici turist qəbul edən 132 şəhəri ilə bağlı araşdırma aparıb və məlum olub ki, Banqkok ötən il 19,41 mln. turistin sevimli məkanı olub. 2-ci yeri 19,06 mln. nəfərlik göstərici ilə Böyük Britaniyanın paytaxtı London, 3-cü yeri isə 15,45 mln. nəfərlik göstərici ilə Fransanın paytaxtı Paris tutub.

Ən sərfəli kredit üçün müraciət et

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri 14,87 mln., Sinqapurun paytaxtı Sinqapur 13,11 mln., nəfərlik göstəriciyə nail olub. Top-10-da həmçinin ABŞ-ın Nyu-York şəhəri, Cənubi Koreyanın paytaxtı Seul, Malayziyanın paytaxtı Kuala-Lumpur, Yaponiyanın paytaxtı Tokio və Türkiyənin İstanbul şəhəri də yer alıb.

2016-cı ildə turistlər Banqkokda 14,1 mlrd. dollar pul xərcləyib. Səyyahların çəkdiyi xərcin məbləğinə görə lider isə Dubay olub. Bu şəhər turistlərdən 28,5 mlrd. dollar qazanıb.

Xatırladaq ki, bundan əvvəl “Euromonitor” araşdırma təşkilatının mütəxəssisləri də Banqkoku dünyanın ən çox ziyarət edilən şəhəri hesab edir. 

Ən sərfəli krediti almaq üçün müraciət et