Bankomatlardan nağd pulun çıxarılması kəskin artıb | Banco.az

Bankomatlardan nağd pulun çıxarılması kəskin artıb

2019-cu ilin yanvar-iyul (7 ayda) dövründə debet və kredit  kartları vasitəsilə Azərbaycan daxilində aparılan əməliyyatların həcmi 11 milyard 485 milyon manat təşkil edib.

Mərkəzi Bankın statistikasına əsasən, əməliyyatların 9 milyard 253 milyon manatını və ya 80,6%-ni nağd pulun çıxarılması, 2 milyard 232 milyon manatını və ya 19,4%-ni nağdsız ödənişlər təşkil edib.

Cari ilin 7 ayı ərzində ölkədaxili əməliyyatlatdan nağd pulun çıxarılması ATM-lər ilə 8 milyard 761 milyon manat, POS-terminallar ilə 492 milyon manat təşkil edib.

Cari ilin 7 ayı ərzində ölkədaxili əməliyyatlatdan nağdsız ödənişlər ATM-lər ilə 118 milyon manat, POS-terminallar ilə 728 milyon manat, elektron ticarət vasitəsilə 1 milyard 486 milyon manat təşkil edib.

ÖLKƏDAXİLİ ƏMƏLİYYATLARIN HƏCMİ 24,8% ARTIB

Ötən ilin 7 ayı ilə müqayisədə cari ilin 7 ayında debet və kredit  kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatların həcmi 2 milyard 287 milyon manat və ya 24,8% artıb.  Ötən ilin yanvar-iyul dövründə Azərbaycan daxilində debet və kredit  kartları vasitəsilə aparılan əməliyyatların həcmi 9  milyard 198 milyon manat, o cümlədən nağd vəsaitlərin nağd pulun çıxarılması 7 milyard 737 milyon manat (cəmi ölkədaxili əməliyyatların 84,1%-i), nağdsız əməliyyatlar 1 milyard 461 milyon manat (cəmi ölkədaxili əməliyyatların15,9%-i) təşkil etmişdi.

NAĞD PULUN ÇIXARILMASI DA 20% ARTIB

O cümlədən, ötən ilin 7 ayı ilə müqayisədə cari ilin 7 ayında nağd pulun çıxarılması (ATM-lər və POS – terminal ilə) 1 milyard 459 milyon manat və ya 20% artıb. Ötən il ölkədaxili əməliyyatlardan ATM-lər ilə nağd pulun çıxarılması 7 milyard 302 milyon manat təşkil etmişdi.

POS-terminallar ilə nağdlaşdırma 57 milyon manat və ya 13,1% artıb. Ötən ilin 7 ayında POS-terminallar vasitəsilə nağd pulun çıxarılması 435 milyon manat təşkil etmişdi.

NAĞDSIZ ÖDƏNİŞLƏR 52,7% ARTIB

Ötən ilin 7 ayı ilə müqayisədə cari ilin 7 ayında debet və kredit  kartları vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 771 milyon manat və ya 52,7% artaraq 2 milyard 232 milyon manat​ təşkil edib. Ötən ilin yanvar-iyul dövründə debet və kredit  kartları vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 1 milyard 461 milyon manat (ATM-lər ilə 123 milyon manat, POS-terminallar ilə 599 milyon manat, elektron ticarət vasitəsilə 739 milyon manat) təşkil etmişdi.

POS-terminallar ilə nağdsız ödənişlər 21,5%, elektron ticarət vasitəsilə nağdız ödənişlər isə 2 dəfə artıb.

Qeyd edək ki, 2019-cu ilin 7 ayı ərzində debet və kredit  kartları vasitəsilə aparılan əməliyyatların cəmi həcmi 12 milyard 361 milyon manat, o cümlədən ölkədaxili əməliyyatlar 11 milyard 485 milyon manat, ölkəxarici əməliyyatlar 876 milyon manat təşkil edib.

marja